"Report" xəbər verir ki, bu barədə o, Demokratlar Partiyasının qurultayında çıxışı zamanı bildirib.
"Amerika üçün yenidən həqiqət anı yetişib. Qüdrətli qüvvələrin bizi hissələrə parçalamaq təhlükəsi var. Etimad və hörmət nazilmək üzrədir", — deyə o bildirib.
"Biz ölkənin nə ilə üz-üzə dayandığını aydın görürük. Və biz qorxmuruq. Biz həmişə olduğu kimi təhlükə qarşısında ayağa dururuq", — deyə o əlavə edib.
Klinton təhlükənin həm daxildən, həm də xaricdən ən müxtəlif xarakterlərdə olduğu bildirib.