Beyrut Beynəlxalq Mükafatlandırma Mərasimində (BIAF) "ən yaxşı qadın aktrisa" mükafatını Meryem Uzerli alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 33 yaşlı aktrisa mükafatı almaq üçün mərasimə sevgilisi Alp Özcanla birlikdə gedib.

Mükafatı alarkən səhnədə çıxış edən M.Uzerli böyük qürur hissi keçirdiyini deyib:

"Hisslərimi ifadə edə bilmək üçün sözlər axtarıram. Bir aktrisa olaraq fərqli obrazlar yaratmaq üçün çalışdım. Əgər bunun qarşılığı bu mükafatdırsa, o zaman dünyanın ən xoşbəxt insanıyam".

Milli.Az

Meryem Uzerliyə beynəlxalq mükafat - FOTO
Meryem Uzerliyə beynəlxalq mükafat - FOTO