Ötən gün Bakıda türkiyəli müğənni Murat Dalkılıç və ruminiyalı ifaçı Otilianın konserti baş tutub.
Primetime.az xəbər verir ki, Nahid Emiloğlunun təşkilatçılığı ilə "Sapfir" sarayda keçirilən gecənin aparıcısı Afaq Gəncəli olub. Konsertdə səhnəyə ilk olaraq Otilia çıxıb. Bir-birinin ardınca sevilən mahnılarını səsləndirən ifaçı, alqışlarla qarşılanıb. Daha sonra səhnəyə Murat Dalkılıç çıxaraq, hit mahnılarını səsləndirib. Konsertə yerli məşhurlar da axın edib.
Onların arasında xalq artisti Flora Kərimova, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə, əməkdar artist Ədalət Şükürov və Abbas Bağırov, Dağıstanın əməkdar artisti Natavan Həbibi, müğənnilər Aysel Əlizadə, Səidə Sultan, Sevil Sevinc bacıları, Elnur Məmmədov, Elçin Cəfərov, Niyam Salami, Ceyhun Əliyev, stilistlər Elnur Həsənov, Nigar İbrahimova, Samiraldo, aktyorlar Elməddin Cəfərov, Fərda Xudaverdiyev, aparıcılar Nəsib Nur, Lalə Əlimuxtarova və Zaur Nəbioğlu, Xəzər TV-nin proqram departamentinin rəhbəri Kənan Bayramov yer alıblar.
Milli.Az















































