"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer "Rheinische Post" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə dövlət çevrilişinə cəhdin baş verdiyi gecə uçurumun kənarındaydı: "Mən dövlət çevrilişi cəhdinin qarşısının alınmasından məmnunam. Türkiyə hökuməti dövlət çevrilişi cəhdinin arxasında Fətullah Gülənin olduğunu açıq şəkildə bəyan etdi. Biz hüquq çərçivəsində günahkarların müəyyənləşdirilməsini gözləyirik".