Xalq artisti Səməd Səmədov ailəsi ilə birgə Türkiyəyə istirahətə yollanıb. Bu barədə Lent.az-a xalq artistinin özü məlumat verib. O bildirib ki, bu istirahəti ailəsinə sərf edib: “Hər il istirahətimi ya bağımda, ya da Azərbaycandan kənarda edirdim. İstədim ki, bu il də fərqli və ailəmlə birgə dincəlim. Elə buna görə də oğlum və qızım ailəsi ilə birgə bizimlə Türkiyəyə yola düşdü. Nəvələrim də yanımdadı. Hazırda burada hər şey çox gözəldi. İstirahətin dadını çıxarıram, Bakıya qayıdandan sonra isə dərhal işimin başına keçəcəyəm. Yeni hit mahnımı dinləyicilərin ixtiyarına verəcəm”.






