İngilis porno ulduz Candy Charmsın estetik əməliyyat üçün İrana səfəri ölkədə mübahisəyə səbəb olub.
Metbuat.az 1xeber.com-a istinadən məlumat verir ki, 25 yaşındakı porno ulduz İrandan qayıtdıqdan sonra başı örtülü şəklini Twitter sosial şəbəkəsində paylaşaraq İran xalqının tolerantlığından bəhs edib.
Mühafizəkar dini çevrələrə yaxın mətbuat nümayəndələri İranın Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı izahat tələb edib. Nazirlikdən isə bildirilib ki, Charms saxta pasportla bərbər kimi viza alaraq ölkəyə giriş edib.