Tanınmış müğənni Sevda Kazımova atdığı xeyriyyəçi addımla xəbər mövzusu olmağı bacarıb.

ANS PRESS-in məlumatına görə, müğənni bu dəfə sahibsiz küçə heyvanaları üçün görülən işlərə dəstək verib.

Heyvan haqlarının qorunması dəstəkləyən Sevda sosial şəbəkə vasitəsilə hər kəsə sosial mesaj ötürüb. “Gəlin küçədəki sahibsiz heyvanların müdafiəsi üçün istər mənəvi, istərsə də maddi cəhətdən əlimizdən gələni edək. Heyvanları çox sevirəm və onlar üçün əlimdən gələn hər şeyi edirəm”.

Heyvanları çox sevdiyini və onlar üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu vurğulayan müğənni, bundan əvvəl də bir neçə dəfə bu kimi layihələrə qoşulub.

Qeyd edək ki, dünya ulduzları sahibsiz heyvanların müdafiəsi üçün zaman-zaman belə aksiyalarda iştirak edirlər.

Azərbaycanlı sənətçi dünya ulduzları kimi mesaj verdi (FOTO)
Mənbə
ANS PRESS