Almaniyanın Saarbryukken şəhərindəki kafedə silahlı şəxs barrikada qurub
Paylaş
46 baxış·1 dəq oxu
Bakı. 7 avqust. REPORT.AZ/ Almaniyanın Saar federal ərazisinə məxsus Saarbryukken şəhərindəki kafelərdən birində silahlı şəxs barrikada qurub. "Report"un məlumatına görə, bu barədə "Bild" qəzeti məlumat yayıb. Kafedə müştərilərin olub-olmadığı məlum deyil. Hazırda Almaniyanın hüquq-mühafizə orqanlarının xüsusi təyinatlıları ərazidə əməliyyat keçirirlər.