"Neftçi" növbəti transferini reallaşdırıb. Fanat.Az xəbər verir ki, bakılılar daha bir hücumçu transfer edib.
Katalin Tiranın ardınca "ağ-qaralar" Denilson Pereyra ilə anlaşıb. İspaniyanın "Qranada" klubunun ikinci komandasında çıxış edən braziliyalı "Neftçi"də icarə əsasında çıxış edəcək.
"Qranada"nın B komandasında çıxış edən "sambaçı" meydana çıxdığı 38 qarşılaşmada rəqib qapıçıları 10 dəfə məyus edib. 21 yaşlı forvardın intizamsızlığa görə əsas komandadan uzaqlaşdırıldığı bildirilir.
Qeyd edək ki, son iki mövsümdə "Qranada"nın B komandasında çıxış edən Denilson müqavilə ilə Braziliyanın "Fluminense" klubuna məxsusdu.
Fanat.Az