Əmman, 1 mart, AZƏRTAC
İordaniya kütləvi informasiya vasitələri Azərbaycanın bu ölkədəki səfirliyində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı keçirilən anım mərasimini geniş işıqlandırılıb.
İordaniya televiziyası soyqırımının ildönümü ilə əlaqədar yazıçı-publisist və jurnalist Ömər Əl-Armutinin yazdıgı “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” adlı kitabın təqdimat mərasimi barədə veriliş yayımlayıb. Həmçinin “Əl-Diyar” qəzeti, “Nassnews”, “Xəbbirni” və “Uruba” xəbər agentlikləri faciənin ildönümünə həsr edilən tədbir haqqında oxuculara məlumat verib.
Yazılarda Xocalı faciəsindən bəhs edilir, səfir Sabir Ağabəyovun və digər iştirakçıların mərasimdəki çıxışlarından fikirlərə yer verilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman