İslamçılar şəhəri ələ keçirdilər

İslamçılar şəhəri ələ keçirdilər
19:47 4 Yanvar 2015
113 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriyada islamçı Boko Haram qruplaşması Baqa şəhərini və hərbi bazanı ələ keçirib.

İslamçıların ələ keçirdikləri hərbi bazanın son zamanlaradək Afrika İttfaqı Qüvvələri tərəfindən istifadə olunduğu qeyd edilir.
Milli.Az BBC-yə istinadən bildirir ki, Baqa şəhərinin yerləşdiyi Borno ştatını təmsil edən senator deyib ki, şənbə günü səhər islamçılar hücuma keçəndən sonra Nigeriya hökümət qoşunları bazanı tərk ediblər.
 
Qayıqlarda qonşu Çad respublikasına qaçmış Baqa şəhərinin sakinlərinin sözlərinə görə, şəhər od içindədir və çoxlu ölənlər var.
Boko Haram islamçılarının hazırda Baqa şəhəri ətrafında geniş ərazilərə nəzarət etdikləri xəbər verilir.
 
Bu məntəqə son zamanlaradək hökümət qüvvələrinin nəzarətindəki az sayda qalmış şəhərlərdən biri idi.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/53573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR