Məşhur müğənni və aktrisa Hülya Avşarın qızı Zəhra Çilingiroğu daxili interyer ixtisası üzrə memarlıq fakültəsinə daxil olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Hülya Avşar sosial mediada məlumat paylaşıb.

O qeyd edib ki, Londondakı "Vestminster Universiteti" və "London Kral Kolleci" qızının sənədlərini qəbul edib. H.Avşar Zəhranın öncə Londonda, sonra Türkiyədə təhsilinə davam edəcəyini bildirib:

"Qızımızla fəxr edirik. Əməklərimizi boşa vermədiyi üçün ona çox təşəkkür edirik. Bütün övladların yolu açıq olsun".

Qeyd edək ki, Zəhra Hülya Avşar və Kaya Çilingiroğlunun evliliyindən dünyaya gəlib.

Milli.Az