Ukraynanın Xarkov şəhərində internetdə pornoqrafiyayla məşğul olan dəstə üzvləri aşkar edilib. Kibercinayətlərlə Mübarizə İdarəsinin əməkdaşlarının istintaq tədbirləri zamanı, kirayə tutulan evlərdə internet vasitəsi ilə pornoqrafiyayla məşğul olan dəstə üzvləri saxlanılıb.
Təhlükəsizlik İdarəsindən edilən açıqlamada yaşları 18-30 arası olan 30 ukraynalı qadının pul qarşılığında xarici müştərilər üçün internet vasitəsi ilə canlı porno göstərdikləri deyilir. Qiyməti dəqiqə başına 3-7 dollar arasında dəyişən "şoulardan" əldə edilən qazancın yüzdə 40-nın onlara çatdığı deyilir. 24 saat fəaliyyət göstərən bu yerlərdə işləyən qızların aylıq gəlirinin 20 min dollar olduğu bildirilir.
Bu cinayətlə məşğul olanların hər birini 7 ilə qədər həbs gözləyir.
Təhməz Təkin
Milli.Az