Mərkəzi Amerika ölkəsi Nikaraquada qəribə olay yaşanıb.
Milli.Az xarici KİV-ə istinadən bildirir ki, rahiblərin şeytan çıxarma ayini üçün ziyarət etdiyi evdə şeytan bir başqa qadının "bədəninə girib".
Bir telekanalın layihəsi olan bu veriliş zamanı rahiblər şeytan çıxarma ayini üçün bir evi ziyarət ediblər. Edilən dualardan sonra qadın şeytandan xilas olur. Ancaq ayini izləməyə gələn bir qonşusu çox keçmir ki, qəribə davranışı ilə diqqət çəkməyə başlayır. Qonşularına, hətta uşaqlarına qarşı qəddarlıq etməyə başlayır. İddiaya görə, ayini izlədiyi zaman şeytan onun bədəninə daxil olub.
Rahiblər bu dəfə onun üçün gəliblər və edilən dualar zamanı həddindən artıq əsəbi olan qadın yavaş-yavaş sakitləşməyə başlayıb. Ayin zamanı qadın özünü yerdən-yerə atsa da, şeytanı bədənindən "çıxartmaq" mümkün olub.
Təhməz Təkin
Milli.Az