Son günlər Suriyanın Hələb şəhərində partlayışdan sonra dağıntılar altından çıxarılan uşaq sosial medianın gündəminə çevrilib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ümran haqda müğənni Gülben Ergen də yazıb. O, 5 yaşlı uşağın hər kəsi kövrəldən fotosunu paylaşaraq qeyd edib:
"Kiçik əllərinə bulaşan qan dünyanın utancı olsun, Ümran. Biz Aylan (sahildə cəsədi tapılan suriyalı uşaq-red.) körpənin kiçik bədəni suya düşəndə də belə utanmışdıq. Sənin qorxu dolu gözlərini, çılpaq ayaqlarını, sağında-solunda toxunulacaq bir şey axtarıb, tapa bilmədiyin inamsızlığın rəsmini seyr edirik indi. Yaşayan ölülər kimiyik, Ümran. Səni qana bulayanlar cəhənnəmdə qanla boğulsun".