Bizim yaşadığımız dünya kifayət qədər təhlükəlidir. Ətrafımızda cçox sayda pis əməllərin sahibi olan insanlar yaşayır. Onlar cəmiyyət üçün ciddi təhdiddir.

Həbsxana - bu müəssisə insanların törətdiyi əməllərə görə cəza çəkdikləri yerdir. Lakin onların bəziləri çox amansız vəziyyətdə saxlanılır. Bu cür həbsxanalarda cinayətkarlara təcavüz edilir və bu müəssisələr xəstəliklərlə doludur.

Milli.Az islamınsəsi-nə istinadən dünyanın 9 ən qəddar həbsxanasını təqdim edir:

1 Bankvanq həbsxanası - Banqkokdan 11 km aralıda yerləşir. Bu həbsxanada məhbuslar işgəncələrə məruz qalırlar. Məhkumlar çox sıx kameralarda saxlanılırlar. Yeni məhbuslar ilk 3 ay ərzində ayaqlarına qandal bağlanaraq yaşayırlar.

2. Rikers həbsxanası - Nyu-Yorkda yerləşən bu həbsxana məhkumlar arasında ən şiddətli münasibətlər ilə tanınır. Hər il dövlətin büdcəsindən bu həbsxanaya 800 milyon dollar ayrılır. Həbsxana nəzarətçiləri hər gün məhbusların bir-birini döydüyünün və öldürdüyünün şahidi olurlar.

3. San-Kventin həbsxanası - bu həbsxana 1852-ci ildə yaradılıb və Kaliforniyanın ən qədim həbsxanası hesab olunur. O, qaz kamerası ilə təchiz edilmişdir, halbuki ondan istifadə etmirlər. Ölüm hökmü verilən məhbuslar zəhərli inyeksiya ilə öldürülürlər. 2006-cı ildə bu həbsxanada baş verən insident 100 məhbusun ağır xəsarət almasına və iki nəfərin ölümünə səbəb olmuşdu. Hadisəyə səbəb isə məhbusların saxlanma şəraitinin həyat üçün təhlükəli olması olub.

4. Alkatras həbsxanası - San-Fransisko sahillərinin adalarında yerləşir. Bu həbsxanada kriminal tarixdə ən təhlükəli cinayətkarlar məhbus həyatı yaşayıblar. Həbsxanada saxlama şəraiti öz qəddarlığı ilə məşhur idi. 1963-cü ildə həbsxanaya büdcə ayrılmadığı və saxlanma şəraitinin pis olduğu üçün bağlanıb.

5. Sabanet həbsxanası - Venesuelada yerləşən bu həbsxana dünyanın ən qəddar həbsxanası hesab olunur. Cəzaçəkmə müəssisəsinin binasında eyni anda 15 min məhbus cəza çəkə bilər. 1994-cü ildə həbsxana heyəti tərəfindən qəddarlığın təzahürü nəticəsində 196 məhbus həlak olmuş, 624 nəfər isə yaralanmışdı.

6 Qitarama həbsxanası - Ruandada yerləşən bu həbsxana yer üzünün "cəhənnəmi" adlanır. Həbsxanada 500 məhbus saxlanacağı halda burada 6000 insan cəza çəkir. Kamerada yer dar olduğundan bəzi məhbuslar ayaq üsdə gecələməli olurlar. Həyat şəraitinin gərgin olduğu bu həbsxanada məhbuslar yoluxucu xəstəliklərə tutulurlar.

7. Sante həbsxanası - bu həbsxana Parisdə yerləşir. Yüzlərlə məhbusun saxlanma şəraiti ağır olduğundan bu yer dünyanın ən dəhşətli yeri kimi tanınır. Məhbuslara gündə 4 saat ərzində kameralarını tərk etməyə icazə verilir. Bu həbsxana dünyada ən böyük həbsxanalarından biri sayılır.

8. Diyarbəkir həbsxanası - Türkiyənin Diyarbəkir bölgəsində yerləşən bu həbsxana qeyri-insani yaşayış şəraiti və uşaqlara verilən ömürlük həbs cəzası ilə məşhurdur. 1996-cı ildə baş verən hadisə zamanı polis və nəzarətçilər məhbusları vəhşicəsinə döyüblər. Hadisə nəticəsində 10 nəfər həlak olub, 23 nəfər isə xəsarət alıb.

9. Karandiru həbsxanası - Braziliyada yerləşən bu həbsxana dünyanın ən qəddar yeri hesab olunur. 1992-ci ildə baş vermiş hadisə zamanı 102 məhbusun qətl olunmasından sonra həbsxana bağladılıb. Hər beş məhbusdan biri HİV xəstəsidir.

Milli.Az

Dünyanın ən qəddar 9 həbsxanası - FOTO
Dünyanın ən qəddar 9 həbsxanası - FOTO
Dünyanın ən qəddar 9 həbsxanası - FOTO
Dünyanın ən qəddar 9 həbsxanası - FOTO
Dünyanın ən qəddar 9 həbsxanası - FOTO
Dünyanın ən qəddar 9 həbsxanası - FOTO
Dünyanın ən qəddar 9 həbsxanası - FOTO
Dünyanın ən qəddar 9 həbsxanası - FOTO
Dünyanın ən qəddar 9 həbsxanası - FOTO