Avropanın ən önəmli seriallarından biri olan "Sarayevo Film Festivalı"nın 22-ci mükafatlandırma mərasimi keçirilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda baş tutan festivalın "Ən yaxşı film" nominasiyası üzrə qalibi Türkiyə istehsalı "Albom" filmi olub.

Serialın rejissoru Mehmet Can Mertoğlu açıqlamasında "Sarayevoda hər zaman gözəl şeylər həyata keçər" deyərək sevincini ifadə edib.

Qeyd edək ki, film daha öncə "Tənqidçilər həftəsi"də film tənqidçiləri tərəfindən ikinciliklə mükafatlandırılıb.

Milli.Az

"Ən yaxşı film" mükafatının sahibi məlum oldu - FOTO