"Report" "Reuters"ə istinadən xəbər verir ki, o, bu addımı ölkənin gəlirlərini artırmaq məqsədi ilə atıb.
Naziri beynəlxalq şirkətlərin neft və qaz hasilatını və ixrac tempini artırması ilə bağlı fəaliyyətlərini dəstəklədiyini təsdiqləyib.
C.Əl-Laibi parlamentin təsdiqindən sonra avqustun 15-də neft naziri vəzifəsinə təyin edilib. O, daha əvvəl "İraq Cənubi Neft Şirkəti"nə rəhbərlik edib.
OPEK-in məlumatına görə, İraq bu ilin iyul ayında sutkada 4,3 milyon barel neft istehsal edərək bu göstəricini iyun ayı ilə müqayisədə 74,8 min barel artırıb.
Xatırladaq ki, İraq OPEK-də Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük neft istehsalçısıdır.