"ABŞ daha əvvəl razılaşdırıldığı kimi İŞİD terror təşkilatı ilə mübarizə aparmaq üçün Türkiyəyə HIMARS reaktiv yaylım atəşi sistemini verməyib".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriyadakı əməliyyatı ölkə sərhədlərini terrorçulardan təmizlənməyə yönəldilib.

Milli.Az