"Flora xanımla illər əvvəlki kimi dostuq. O vaxtlar aramızda narazılıq oldu".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu yazıb. Uzun müddət xalq artisti Flora Kərimova ilə küsülü qalan aparıcı barışdıqlarını deyib.
O bildirib ki, aralarını televiziya işçisi vurub:
"Aramızdakı narazılığı reytinq naminə şişirdən telekanalda çalışan erməni əsilli biri oldu. Bizi bir-birimizdən xəbərsiz qarşı-qarşıya qoydu. Allah böyükdür, sonu nə oldu? Heç nə... Dostlarım, sizin xətriniz mənə əzizdir. Ona görə bunları deyirəm ki, biləsiniz: hazırda küsülü olduğum heç kim yoxdur. Niyə? Çünki bu həyat da, insanlar da fanidirlər. Öz qiymətinizi bilin. Qarşınızdakı insanları sevin. Bir də sizin bu həyata təkrar gəlməyə şansınız olmayacaq".
Milli.Az