"Nə qədər böyük olursan-ol..."

Xalq artisti Flora Kərimova bu həftə anasını itirən tanınmış aparıcı, ASAN FM radiosunun rəhbəri Emin Musəviyə başsağlığı verib. Müğənni İnstagram səhifəsində kədərini bu sözlərlə ifadə edib:

"Nə qədər böyük olursan-ol, nə qədər hökmran olursan-ol, Allahın qədəri dəyişilməz, Rəbbimin yazısı qaçılmazdır. Yanına aldığının yeri dünya boyda bir boşluq olar!

Bu acını yaşamışam və bu yaşımda belə anasızlığın kədəri boğazımda qəhər düyünüdür... Bu itkinin böyüklüyünün fərqindəyəm deyə sizə təsəlli vermək fikrim yoxdur, çünki təsəllisi yoxdur. Allah axirətini gözəl eləsin, xoşbəxt ana idi ki, sizin kimi layiqli övlad böyütmüşdü... Allah rəhmət eləsin!"

Milli.Az