Müğənni Zamiq Hüseynov yeni biznesə başlayıb.

Axşam.az-ın məlumatına görə, ifaçı səsyazma studiyası açıb.

Bu haqda əməkdaşımızla söhbətində ifaçının prodüseri Elnur Həsənov deyib.

O bildirib ki, Z.Hüseynov bundan sonra bütün mahnılarını burada yazdıracaq:

“Zamiq bu studiyanı sırf özü və yaxın dostları üçün açıb. Bura böyük biznes kimi baxmır. Öz mahnılarını orada yazdıracaq. Bir də ona yaxın olan müğənni dostları gələ bilər”.

Z.Hüseynov uzun müddətdir fəaliyyət göstərən “ZH” geyim mağazasında da yenilik edib. Belə ki, o, mağazasını yeni məkanda açıb.