Türkiyənin məşhur müğənnisi Hülya Avşar şəxsi həyatı ilə bağlı etiraflar edib.
Milli.Az "Milliyet"ə istinadən xəbər verir ki, o, illər sonra yalnızlığı barədə danışıb. Müğənni bu vaxta qədər niyə evlənməməsinin səbəbini açıqlayıb. O, bunu qızı ilə əlaqələndirib.
"Uzun müddətdir ki, həyatımda kimsə yoxdur. Özümə verdiyim söz var idi. Bunu ilk dəfə söyləyirəm. Qızım Zəhra mənə "Ana, artıq özünə kişi tap" deyənə qədər onu sarsıtmaq istəmədim. Özümü işimə və Zəhraya həsr etdim. Onun universitetə hazırlıq dövrünü sağlam keçirməsini istədim. Amma artıq inanmıram vecinə olsun".
Qeyd edək ki, ötən gün 52 yaşlı müğəni bikinili videosunu yaymışdı.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:








