Məşhur "Hollivud" kinostudiyasının aktyoru Ceyson Stethem "Türkiyə Hava Yolları" şirkətinin "Sky Life" adlı uçuş jurnalının üz qabığına çəkilib.

Milli.Az publika.az-a istinadən bildirir ki, "Sky Life" jurnalının yeni buraxılışı 15 iyul hadisələrindən bəhs edən "Milli iradənin zəfəri" adlanır.

Amerikalı aktyor Ceyson Stethemin fotosu da jurnalın məhz bu buraxılışının üz qabığında dərc olunub.

Qeyd edək ki, Ceyson Stethemin islam dinini qəbul etməsi ilə bağlı da məlumatlar yayılıb.

Milli.Az

Hollivud ulduzu Türkiyədəki qiyam cəhdinə QARŞI ÇIXDI - FOTO