Əməkdar artist Baloğlan Əşrəfov və bir müddətdir qalmaqal yaşadığı şair Süleyman Hüseynov bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, onlar öz aralarında olan anlaşılmazlığı həll edib, küsülülüyə son qoyublar.

Tanınmışların birlikdə çəkdirdikləri fotolar sosial şəbəkədə paylaşılıb və "Bütün anlaşılmazlıqları müzakirə edib, ortaq məxrəcə gəldik" deyə, qeyd olunub.

Qeyd edək ki, S.Hüseynov B.Əşrəfovla bağlı status yazaraq, ölüm ayağında olan həyat yoldaşının istəyi ilə onu övladının toyuna dəvət etdiyini, amma ifaçının gəlmədiyini bildirmişdi:

"Bilirəm, bu statusa görə məni qınayan çox olar. Özüm də tərəddüd edirdim, yazım, yazmayım?! Lakin sonuncu statusda həyat yoldaşımla toydan olan son şəklimizə baxdıqca qəti qərar verdim: yazıram! Kim nə deyir, qoy desin. Yoldaşım bu müğənninin fanatı idi. O müğənni xəstə olanda gecə-gündüz dua edirdi ki, sağalsın... Arzusu vardı, onu sonbeşiyimiz Vüsalın toyuna çağıraq. Amansız xəstəlik əngəl oldu. Şükür ki, toyu gördü. Müğənniyə zəng vurub görüşdüm, dedim, heç olmasa 1-2 mahnı oxu, 1000-1500 manata kimi pul verərəm, artığına gücüm çatmır... Razılaşmadı ki, mən toya tək getmirəm. Qoy toyu mən aparım. Çox yalvar-yaxardan sonra razılaşdı ki, yaxşı, o vaxta kimi toyum çıxsa, sənə zəng edərəm. Zəng etməsəm, toya bir gün qalmış sən zəng elə, çalışaram gəlim. Toya iki gün qalmış zəng etdim. Cavabı bu oldu:
- Qardaşım, mən rayondayam...".

S.Hüseynov bundan sonra status yazaraq, B.Əşrəfovun onunla danışıb üzr istədiyini bildirib. Şair deyib ki, həmin sözlərdən qəzəblənən əməkdar artist ona zəng vuraraq, hədə-qorxu gəlib:

"Baloğlan haqqında yazdığım "üzrxahlıq etdi" sözlərim onun xoşuna gəlməyib, guya onu düz başa düşməmişəm. O, haqqında yazdığım statusunu dəyişməyimi xahiş etdi. Eləcə də özü və yaxın adamı Şərafəddin İlkin məni hədələyib, təhqir və təhdid etməyə başladılar".

Milli.Az

Baloğlan Əşrəfov qalmaqal yaşadığı şairlə barışdı - FOTO
Baloğlan Əşrəfov qalmaqal yaşadığı şairlə barışdı - FOTO