"O xanım çəkilişdən narazı deyildi. İndi niyə belə edir, nə istəyir - anlamırıq. Məhkəməyə verib bizi?! Olsun"

ABŞ-ın San-Fransisko şəhərindəki "George Street Photo" fotostudiyasının rəhbərliyi belə açıqlama ildə çıxış edib.
Səbəb isə Ceyn Dou adlı xanımın studiyanı məhkəməyə verməsidir.

Milli.Az NBC-yə istinadən bildirir ki, Ceyn Dounun toyundakı video və fotoçəkiliş "George Street Photo"ya həvalə olunmuşdu.
Studiyanın operatorları da işlərini görüblər. Lakin onlar sərxoş bəyin gəlinlə "rəqs"ini də çəkiblər və sonra da studiyanın YouTube-dakı kanalında paylaşıblar.

Videokadrlarda sərxoş təzə bəyin kətildə oturmuş Ceyn Dounun qarşısında biədəb hərəkət etdiyi anlar əks olunub. Bu da C.Dounu sinirləndirib.

Studiyadan verilən məlumata görə, Ceyn Dou bu günlərdə operatorlardan birinə zəng vuraraq: "Bu nədir çəkibsən, əclaf?!" - da deyib.

"Bu çəkiliş məni rüsvay edib. On minlərlə, yüz minlərlə insanın lağlağı, məsxərə obyektinə çevrilmişəm. Toyda o anlar çəkiləndə ərim sərxoş idi. Məncə, həmin anları ümumiyyətlə çəkmək gərək deyil. Studiyadan mənə dəymiş mənəvi ziyana, məruz qaldığım psixoloji travmalara görə təzminat tələb edirəm. Bu video məşhur saytlarda da yayılıb. Ərimin İrlandiyadakı dostu toyumuzda olmayıb, amma videonu görüb və bizə zəng vuraraq təəssüfləndiyini deyib. Ərim toy günü sadəcə, zarafat etmişdi ", - C.Dou söyləyib.

"George Street Photo" studiyası isə olayla bağlı yaydığı açıqlamada deyib: "12 ildir ki, toylarda çalışırıq. Minlərlə foto və videoçəkilişimiz olub, amma belə hadisə ilə ilk dəfədir qarşılaşırıq".

Milli.Az

"Bu nədir, çəkibsən, əclaf?!" - gəlin toy fotoqrafını məhkəməyə verdi - VİDEO - FOTO
"Bu nədir, çəkibsən, əclaf?!" - gəlin toy fotoqrafını məhkəməyə verdi - VİDEO - FOTO