Bayramda qətliam: 23 ölü

Bayramda qətliam: 23 ölü
10:31 5 Yanvar 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bayram günlərində 55 yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 6 gün ərzində baş verən qəzalarda ölənlərin sayı 23 nəfər olub.

Hadisələr nəticəsində 84 nəfər yaralanıb.

Hadisələrin çoxu sürət həddinin aşılması nəticəsində baş verib.

Qəzaların baş verməsində sərxoş halda maşın sürmək, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaq kimi amillər də var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR