Bu gün Çempionlar Liqasında daha 4 qrupda (E, F, G, H) oyunlara start veriləcək.
Publika.az xəbər verir ki, ötən mövsüm "Qarabağ"la birgə Avropa Liqasının J qrupunda mübarizə aparan "Tottenhem" və "Monako" isə bu dəfə qitənin ən nüfuzlu klub turnirində üz-üzə gələcəklər. E qrupunun digər oyununda "Bayer" ÇSKA-nı qəbul edəcək.
F qrupunda son çempion "Real" evdə "Sportinq"i qəbul edəcək. Bu oyun "kral klubu"nun hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olacaq. Belə ki, portuqaliyalı forvard baş məşqçi Zinəddin Zidan şans verəcəyi halda, yetirməsi olduğu komandaya qarşı oynayacaq.
Bu qrupun digər oyununda "Legiya" Dortmund "Borussiya"sını qəbul edəcək.
İngiltərə Premyer Liqasının ötən mövsümünü gözlənilmədən çempion kimi başa vuran və tarixində ilk dəfə Çempionlar Liqasında çıxış etmək hüququ qazanan "Lester" qitənin ən nüfuzlu klub turnirində debüt edəcək. "Tülkülər" səfərdə "Brügge"ylə qarşılaşacaq.
Qrupun digər oyununda "Portu" evdə "Kopenhagen"lə üz-üzə gələcək.
H qrupunda isə "Lion" Zaqreb "Dinamo"sunu, "Yuventus" isə Avropa Liqasının son qalibi "Sevilya"nı qəbul edəcək.
Dünən yağış səbəbindən təxirə salınan C qrupunun qarşılaşması olan "Mançester Siti" - "Borussiya" (Münhenqladbax) matçı da bu gün keçiriləcək.
Çempionlar Liqası. Qrup mərhələsi, 1-ci tur
14 sentyabr
C qrupu
22.45 Mançester Siti (İngiltərə) - Borussiya M (Almaniya)
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Mançester . "Siti of Mançester" stadionu.
E qrupu
22:45 Bayer (Almaniya) - ÇSKA (Rusiya)
Cəzalı: Yoxdur.
Zədəli: Bellarabi, Yurçenko (hər ikisi "Bayer"), Kauna (ÇSKA).
Baş hakim: Daniel Orsato (İtaliya)
Leverkuzen. "BayArena".
22:45 Tottenhem (İngiltərə) - Monako (Fransa)
Cəzalı: Yoxdur.
Zədəli: Rouz (Tottenhem), Lemar (şübhəli, "Monako"), Mendi (Monako).
Baş hakim: Canluka Rokki (İtaliya)
London. "Uembli" stadionu.
F qrupu
22:45 Real (İspaniya) - Sportinq (Portuqaliya)
Cəzalı: Yoxdur.
Zədəli: İsko (şübhəli, "Real"), Spalvis (Sportinq).
Baş hakim: Paolo Taqliavento (İtaliya)
Madrid. "Santyaqo Bernabeu" stadionu.
22:45 Legiya (Polşa) - Borussiya D (Almaniya)
Cəzalı: Yoxdur.
Zədəli: Çervinski (şübhəli, "Legiya"), Kuçarçik, Pazdan (hər ikisi "Legiya"), Bender, Durm, Merino, Roys, Subotiç, Veyql (hamısı "Borussiya"), Kaqava (şübhəli "Borussiya").
Baş hakim: Sergey Karasev (Rusiya)
Varşava. "Voyska Polskyeqo" stadionu.
G qrupu
22:45 Brügge (Belçika) - Lester (İngiltərə)
Cəzalı: Yoxdur.
Zədəli: Rafaelov (Brügge), Mendi (Lester), Simpson (şübhəli, "Lester").
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
Brügge. "Yan Breydelstadion".
22:45 Portu (Portuqaliya) - Kopenhagen (Danimarka)
Cəzalı: Yoxdur.
Zədəli: Pereyra (Portu).
Baş hakim: Matey Yuq (Sloveniya)
Portu. "Estadio de Draqao".
H qrupu
22:45 Yuventus (İtaliya) - Sevilya (İspaniya)
Cəzalı: Yoxdur.
Zədəli: Markizio, Sturaro (hər ikisi "Yuventus"), Aburcania, Kron-Dehli, Soria (hamısı "Sevilya"), Vietto (şübhəli, "Sevilya").
Baş hakim: Deniz Aytekin (Almaniya)
Turin. "Yuventus" stadionu.
22:45 Lion (Fransa) - Dinamo Z (Xorvatiya)
Cəzalı: Yoxdur.
Zədəli: Fekir, Qrenyer, Jalle, Lakazette, Valbuena (hamısı "Lion").
Baş hakim: Martin Strömberqsson (İsveç)
Lion. "Lion" stadionu.