Müğənni Murat Dalkılıç bu gün doğum gününü qeyd edən həyat yoldaşı Merve Boluğuru təbrik edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, keçən il Merveni Maldiv adalarına aparan Murat bu dəfə ona briliant üzük alıb.
Daha əvvəl evliliklərini hər kəsin bildiyini və buna görə də nişan üzüyü taxmağa ehtiyacı olmadığını deyən Dalkılıç üzüklə xanımına sürpriz edib. İri daşlı üzük sosial media izləyicilərinin diqqətindən qaçmayıb.