Nigerdə “Boko Haram” qruplaşmasının 38 silahlısı məhv edilib.
Bu barədə Niger Müdafiə Nazirliyinin nümayəndəsi Mustafa Ledra bildirib. O qeyd edib ki, ölkənin cənub-şərqindəki Diffa əyalətində terrorçulara qarşı həyata keçirilən hərbi əməliyyat zamanı Niger ordusunun 2 hərbçisi yaralanıb.
Əməliyyat nəticəsində terrorçulara məxsus külli miqdarda silah-sursat götürülüb.