Prodüser Roland Bayramov xalq artisti Aygün Kazımova ilə işbirliyinə son qoyub.

Milli.Az lent.az-a istinadən bildirir ki, açıqlama verən prodüser məlumatı təsdiqləyib: "Məlumat doğrudur. Hazırda yeni təkliflər almışam, artıq yeni mövsümdən hansı tanınmış müğənni ilə işləyəcəyimi də qərarlaşdırmışam. Yaxın günlərdə bu barədə mətbuata açıqlama verəcəyəm".

Xatırladaq ki, A.Kazimova ilə R.Bayramov 2015-ci ilin dekabrından birgə çalışırdılar.

Qeyd edək ki, prodüser R.Bayramov bu günə qədər şou-biznesdə xalq artisti Faiq Ağayev, müğənnilərdən Natavan Həbibi, Zamiq Hüseynov, Vasif Məhərrəmli, Emil Bədəlov və başqaları ilə işbirliyi qurub.

Milli.Az