İstanbul və Los-Anceles arasında tez-tez səfər edən Kıvanç Tatlıtuğ və xanımı Başak Dizerin ABŞ tətili hələ də davam edir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Qurban bayramı tətilindən istifadə edərək ikinci bal ayına çıxan cütlük Maldiv adalarından sonra Floridaya gediblər. Kıvanç orada qardaşı Tuqayın qonağı olub.
B.Dizerin İnstaqramda əri ilə paylaşdığı fotosu izləyicilər tərəfindən bəyənilib və xoşbəxt cütlüyü bəyəndiklərini yazıblar.

