74 yaşında “rekord manyakı” kimi tanınan hindistanlı Har Prakaş Rişi ağzına daha çox şam yerləşdirmək üçün dişlərini yerindən çıxarıb. Rişi indiyə kimi 20 rekord qıraraq “Ginnesin rekordlar kitabı”na adını yazdırıb.
Publika.az onun bəzi rekordlarını təqdim edir:
Ağıza ən çox su damcısı yerləşdirmək rekordu - 496 ədəd
Ketçup içmə rekordu - 490 qramlıq ketçupu 39 saniyədə bitirib.
En uzaq məsafəyə pizza çatdırma rekordu - Yeni Dehlidən, San-Fransiskoya.
Bu videoda da 65 ədəd yanan şamı ağzına salma rekordu var.
Dilrubə Vaqifzadə