Luiş Nani ötən yay "Fenerbahçe"ni "Valencia"ya dəyişməsinin səbəbini açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ispan futbolunun sayəsində əvvəlki səviyyəsinə çatmaq istədiyini bildirib.

"İspaniyada futbol daha çox rəqabət tələb edir. Yenidən əvvəlki səviyyəmə qayıtmaq istəyirəm. Bir klubda möhkəmlənmək mənə vacibdir. Çox səyahət etmişəm. Bəzən əlaverişli təkliflər gəlir və onları qəbul etməli olursan. İndi xoşbəxtəm, futboldan həzz alıram. "Valensiya"nın məqsədi bütün oyunlarda qalib gəlməkdir. Komanda yaxşıdır, amma nəticələr gəlmir. Bəzən qələbəyə yaxın oluruq, lakin sonda uduzuruq. Qalib gəlməyə başlasaq, hər şey dəyişəcək. Buna tam əminəm. Çox şeyin üzərində işləməliyik. Komandada adaptasiya prosesini keçən futbolçular var. Qarşıda hələ vaxtımız var. Uğurlu nəticələrin irəlidə olduğuna ümid edirəm".

Milli.Az