Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gecə futzal üzrə Azərbaycan millisi Kolumbiyada keçirilən dünya çempionatında 1/8 final oyununa çıxıb.
"Report" xəbər verir ki, komanda Tayland yığması ilə qarşılaşıb və 13-8 hesabı ilə qələbə qazanıb.
İspaniya, İran və Mərakeş yığmalarının yer aldığı qrupdan ikinci yerin sahibi kimi mərhələ adlayan Azərbaycan Medellin şəhərindəki "Coliseo Ivan de Bedout" idman kompleksində 1/4 finala vəsiqəni təmin edib. Miltinyonun rəhbərlik etdiyi komanda Mərakeşə 5:0 hesabı ilə qalib gəlib, İspaniya ilə oyunda 2:4 hesablı məğlubiyyət alıb və son oyunda İranla bərabərliyə razılaşıb - 3:3.
Tayland da Rusiya, Misir və Kuba futzalçıları ilə qrup mübarizəsində ikinci olaraq, 1/8 finala yüksəlib.
Milli 1/4 finalda Portuqaliya yığması ilə qarşılaşacaq. Portuqaliya 1/8 finalda Kosta Rika yığması üzərində 4:0 hesablı qələbə qazanıb. Yarımfinalçını müəyyənləşdirəcək qarşılaşma Bakı vaxtı ilə sentyabr 26-da gecə saat 03:00-da olacaq.
Dünya çempionatı, 1/8 final oyunu
02:30. Tayland - Azərbaycan 8:13
Qollar: 3-Vasura, 5,12,43,47,48-Fineo 8- Suphaut Tueanklanq, 12-Suphaut Tueanklanq,13- Vitali Borisov, 17,18,25-Kritsada Vonqkaeo, 21-Jiravat Sornviçian, 27,28,40-Bolinya, 30- Poletto,36,43- Çudeç, 48-Rövşən Hüseyinli
Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya), Jianqiao Liu (Çin), Reks Kamusu (Solomon adaları).