Türkiyənin Adana şəhərində avtobusda sürücü ilə sərnişin arasında mübahisə yaranıb.
Milli.Az "Haberler"ə istinadən xəbər verir ki, sərnişin gediş haqqını (2 lirə, təxminən 80 qəpik) vermək istəməyib. Nəticədə sürücü ilə dalaşmağa başlayıb. Dava zamanı avtobusun şüşəsi qırılıb.
Bələdiyyə avtobusunun şüşəsi sındığına görə sərnişin məhkəməyə verilib. Nəticədə ona 6300 lirə pul cəzası verilib.
Milli.Az