İspaniya La Liqasının son turunda "Valensiya"ya məğlub olan "Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti oyunla bağlı fikirlərini bölüşüb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandasının məğlubiyyətə layiq olmadığını bildirib:
"Yaxşı oynadıq və məğlubiyyətə layiq deyildik. Ancaq futbolda belə şeylər olur. "Valensiya"nı təbrik edirəm. Yaxşı mübarizə apardılar. Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Xeyli qol epizodları yaratdıq. Lakin uduzduq. Deyəcək başqa söz yoxdur".
Qeyd edək ki, səfərdə "Valensiya"ya 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq "Real" 39 xalla turnir cədvəlinə başçılıq edir.
Milli.Az
Qeyd edək ki, səfərdə "Valensiya"ya 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq "Real" 39 xalla turnir cədvəlinə başçılıq edir.
Milli.Az