Fransua Olland: “Putinin əsas məqsədi Ukraynanın NATO-ya üzv olmasına yol verməməkdir”

12:37 5 Yanvar 2015
130 Dünya
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 12:33 ]

Bakı – APA. “Rusiya prezidenti Ukraynanın şərqini ilhaq etmək fikrində deyil. Putinin əsas məqsədi Ukraynanın NATO-ya üzv olmasına yol verməməkdir”.

APA-nın xəbərinə görə, bunu “France inter” radiosuna müsahibəsində Fransa prezidenti Fransua Olland deyib.

 

“Putin Ukraynanın şərqini ilhaq etmək niyyətində deyil, bunu mənə özü deyib. O, sadəcə olaraq, Ukraynanın NATO düşərgəsinə keçməsini istəmir”, - deyə o, söyləyib.

 

Bununla yanaşı, F. Olland bildirib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət etməli və separatçılara dəstəkdən vaz keçməlidir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR