Onların arasında zədəli Vladimir Darida, Yakub Rada və Lukaş Pokornı yoxdur. Təcrübəli mütəxəssis 12 futbolçudan ibarət ehtiyat oyunçular siyahısı da tərtib edib.
Əsas siyahıdakı futbolçular:
Qapıçılar: Yaroslav Drobnı (“Verder”, Almaniya), Tomaş Kubek ("Sparta"), Tomaş Vatslik (“Bazel”, İsveçrə);
Müdafiəçilər: Teodor Gebre Selassi (“Verder”, Almaniya), Pavel Kaderjabek (“Hoffenhaym”, Almaniya), Filip Novak (“Midtyulland”, Danimarka), Tomaş Sivok (“Bursaspor”, Türkiyə), Marek Suxi (“Bazel”, İsveçrə), Yan Sikora ("Slovan" Liberets);
Yarımmüdafiəçilər: Borjek Doçkal ("Sparta), Martin Fridek (“Sparta”), Tomaş Horava ("Viktoriya" Plzen), Ladislav Kreyçi (“Bolonya”, İtaliya), David Pavelka (“Kasımpaşa”, Türkiyə), Milan Petrjela ("Viktoriya” Plzen), İrji Skalak (“Brayton”, İngiltərə)
Hücumçular: Vatslav Kadlets ("Midtyulland", Danimarka), Patrik Şik (“Sampdoriya”, İtaliya), Matey Vidra (“Derbi Kaunti”, İngiltərə).
Karel Yarolim həmçinin B siyahısını da açıqlayıb. O ehtiyat heyət kimi 15 futbolçunun adını vurğulayıb. Almaniya və Azərbaycanla oyunlar öncəsi məhz B siyahısından bir neçə oyunçunun əsas yığmaya qoşulması gözlənilir.
B siyahısındakı futbolçular:
Qapıçı: İrji Pavlenka (“Slaviya”);
Müdafiəçilər: Yakub Brabets ("Sparta"), Vladimir Kufal ("Slovan" Liberets), Tomaş Hayek (klubsuz), Lukaş Heyda (“Viktoriya” Plzen), Yakub Yuqas (“Fastav”), Mixal Kadlets (“Sparta”), Lukaş Pokornı (“Slovan” Liberets), Daniel Pudil (“Şeffild Uenzdey”, İngiltərə)
Yarımmüdafiəçilər: Yan Kopits ("Viktoriya" Plzen), Petr Mareş (“Mlada Boleslav”), Martin Zeman (“Viktoriya” Plzen);
Hücumçular: Yan Kramosta (“Mlada Boleslav”), Tomaş Netsid (“Bursaspor”, Türkiyə), Milan Şkoda (“Slaviya”).
Qeyd edək ki, Almaniya ilə səfər matçı oktyabrın 8-də Hamburqda, Azərbaycanla ev oyunu isə oktyabrın 11-də Ostravada keçiriləcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.