Bu gün Çempionlar Liqasında qrup mərhələsində II tura yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, əsas diqqətlər Madridə yönələcək. "Atletiko" ötən mövsüm yarımfinalda mübarizədən kənarlaşdırdığı "Bavariya"nı sınağa çəkəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" isə Kiyev "Dinamo"sunu qəbul edəcək.

İlk turda Portuqaliyadan 1 xalla qayıdan "Qara qartal" bu dəfə qitənin ən mötəbər klub turnirində cari mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq.

28 sentyabr

Çempionlar Liqası, qrup mərhələsi

II tur

"A" qrupu

22:45 "Arsenal" (İngiltərə) - "Bazel" (İsveçrə)
22:45 "Ludoqorets" (Bolqarıstan) - PSJ (Fransa)

"B" qrupu

22:45 "Napoli" (İtaliya) - "Benfika" (Portuqaliya)
22:45 "Beşiktaş" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna)

"C" qrupu

22:45 "Borussiya" (Münhenqladbax, Almaniya) - "Barselona" (İspaniya)
22:45 "Seltik" (Şotlandiya) - "Mançester Siti" (İngiltərə)

"D" qrupu

22:45 "Rostov" (Rusiya) - PSV (Hollandiya)
22:45 "Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya)

Milli.Az