“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında “Dövlət rüsumu haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsi qanuna 18.69-cu maddəsinin əılavə edilməsi ilə bağlıdır. Əlavə maddəyə əsasən, akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat dövlət rüsumu tutulacaq.
Məsələ səsə qoyularaq qəbul edilib.