Mövzu: V Bakı Beynəlxalq Humanitar Forumu
- Humanitar əməkdaşlıq ölkələr arasında əlaqələrdə böyük rol oynayır. Azərbaycanda 2 ildən bir Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il əvvəl Bakıda dünya dinlərinin liderlərinin görüşü və digər beynəlxalq tədbirlər keçirilib. Azərbaycan həm də mötəbər idman yarışlarına ev sahibliyi edir. Azərbaycanın imicinin formalaşdırılmasında belə tədbirlərin mühüm yeri var.
- Bu il Bakıda Formula - 1 və Şahmat Olimpiadası, ötən il isə ilk Avropa Oyunları keçirilib. İlk Avropa Oyunları müsəlman ölkəsi Azərbaycanda baş tutub. Bu, dinlərarası dialoqa töhfə sayıla bilər. Gələn il isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Beləcə, Bakı dünya ictimai rəyinin mərkəzlərindən biri kimi Foruma ev sahibliyi edir, qlobal mərkəz kimi öz iddiasını ortaya qoyur. Bir-iki il qabaqkı ilə müqayisədə Azərbaycana hücumlar intensiv deyil, çünki Azərbaycan artıq öz təbliğatını qura bilib.
- Belə tədbirlər həm Azərbaycana, həm də dünyaya lazımdır. Azərbaycan bütün dövrlərdə multikulturalizm, sülh məkanı olub. Bu gün də multikulturalizmə öz töhfəmizi veririk. Bu Forum müharibə zonasında baş verən münaqişənin həm də humanitar platformaya daşınması deməkdir. V Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan məsələlər Qlobal sülhün əldə olunmasına Azərbaycanın bir töfhəsidir.
- Biz tolerantlılığı və dözümlülüyü təşviq etməliyik. Bu gün Azərbaycanda çox gözəl tolerant cəmiyyət var. Azərbaycan çoxmillətli modeli dünyaya təşviq edir. İdeyalar mübadiləsi ən yeni inkişaf etmiş ölkəyə belə fayda gətirir, bu baxımdan tədbir çox faydalı keçdi.
- Bakı Beynəlxalq Humanitar Forumu müasir medianın inkişaf meyllərinin müəyyənləşməsi baxımından da mühüm platformadır. Burada aparılan müzakirələr KİV-ə müasir cəmiyyətdəki yerini və rolunu dəqiqləşdirməkdə, trendləri və perspektivləri müəyyənləşdirməkdə kömək edir.