"Valensiya"nın şərəfini qoruyan Nani mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Avropa çempionu komandanın baş məşqçisinə namizəd göstərilən Çezare Prandelli haqda fikirlərini dilə gətirib: "Prandellinin xoşuma gəlib-gəlməməsi vacib deyil. Mənim xoşuma gələn "Valensiya"da oynamaqdır. Bu problem nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır. Biz qarşıdakı matçlara konsentrasiya olmalı və "Atletiko Madrid"lə matçı düşünməliyik".
Qeyd edək ki, İspaniya mətbuatı "Atletiko Madrid"lə matçdan sonra "Valensiya"nın Çezare Prandelli ilə müqavilə imzalayacağını önə sürür.
Milli.Az