Səhər erkən oyanmağın YOLLARI

Səhər erkən oyanmağın YOLLARI
19:42 3 Oktyabr 2016
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzən istəyimizdən asılı olmayaraq vaxtında yata bilmirik. Hər səhər sanki bitişmiş gözlərlə iş və qayğılarımızın dalınca qaçır, bu dəfə tezdən yatıb yuxunu alacağımızı özümüzə vəd edirik. Növbəti gün isə eyni mənzərə... Bununla necə mübarizə aparmalı?

Milli.Az atv.az-a istinadən bildirir ki, səhər erkəndən oyanmaq üçün səbəbinizi tapın. Bu universal bir səbəb ola bilər. Əgər siz gün çıxanda qalxıb, gün batandan az sonra yatsanız, bu yolla günəş tsiklini "təkrar edib" maksimum enerji ilə yüklənir, hər zaman gümrah və pozitiv olursunuz.

Hər gün eyni vaxtda yatıb-oyanmağa çalışın. Hətta həftəsonu belə. Yuxu üçün dəqiq vaxt təyin edin. Tam dincəlməyiniz üçün saat neçədə yatmalı olduğunuzu müəyyənləşdirin. Çalışın cədvələ uyğun, eyni vaxtda dincəlib oyanın. Əmin olun: həftəsonları səhər saat 5-də yatmağa gedirsinizsə, qrafikiniz pozulacaq və növbəti həftə ərzində hər gün 07:00-da oyanmaq dözülməz olacaq.

Yatmazdan əvvəl vanna qəbul edin. Lavanda yağı əlavə etsəniz, istirahətinizə çox kömək olacaq. 

Yatmağa bir neçə saat qalmış kofe içməyin. 

Bütün işıq mənbələrini söndürün. Ən yaxşısı tam qaranlıqda yatın. Gecə lampası işlək qalsa orqanizm tam boşalmayıb, sanki startda qalırmış kimi olacaq. Belə şəraitdə ideal yuxudan söhbət belə gedə bilməz.

Özünüzü gümrah hala gətirin. Sevimli ifaçının mahnısı səhər işə getməzdən əvvəl dinləniləcək ən yaxşı saundtrekdir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/475715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR