Reynaldo: "Azərbaycan millisindən təklif gəlsə..."

Reynaldo: "Azərbaycan millisindən təklif gəlsə..."
09:27 4 Oktyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Reynaldo Azərbaycan Premyer Liqasının 7-ci turunda ''Qəbələ''yə uduzduqları oyundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Oyun haqqında düşüncələrin...
- Düşünürəm ki, çempionatın ən vacib oyunlarından birini keçirdik. İlk hissədə qapımız qarşısında təhlükəli vəziyyətlər yarandı və rəqib komanda bundan istifadə edərək qollar vurdu. Qoldan sonra toparlandıq, topu özümüzdə saxlamağa çalışdıq. İlk hissədə iki dəfə qol şanslarımız oldu, ikinci hissədə də müəyyən epizodlar yaratdıq, təəssüf ki, qol vura bilmədik.

- Zədədən sonra oyununda eniş hiss olunduğunu düşünürsən? 
- Bilirsiniz ki, ciddi zədələnmişdim. Ümumiyyətlə, zədəli olduğum vaxtları xatırlamaq istəmirəm. Ancaq çalışıram ki, "Qarabağ"a əlimdən gələn köməyin ən yaxşısını edim.

- Oyuna sonradan daxil oldun...
- Bu, bizim baş məşqçimizin qərar idi. Mən həmişə olduğu kimi məşqlərimi edirəm. Oyuna da hazır idim. Lakin baş məşqçimiz belə qərar qəbul etdi.

- Məğlub oldunuz və liderdən altı xal geri düşdünüz. Sizcə, "Qəbələ" mövsümün sonunda çempion ola bilər?
- "Qəbələ" layiqli qələbə qazandı. Rəqibin qalibiyyətinə hörmətsizlik etmək istəmirəm. Altı xal fərqi ilə irəlidə olmaq, artıq çempion olmusan demək deyil. Qarşıda çox oyunlar var və hər zaman lider dəyişikliyi ola bilər. 

- Rəşad Sadıqovun yoxluğunda müdafiə xəttinin çıxışını necə qiymətləndirirsiz?
- Komandadakı bütün futbolçular çalışırlar ki, start heyətində meydana çıxsınlar. Meydanda olan oyunçuların hansısa birini digərindən fərqləndirmək düzgün olmazdı. Start heyətdə oyuna çıxan oyunçular bir-birilərini tanıyırlar, dəyişiklik olanda deməzdim ki, axsama olur, ancaq bəzən müəyyən fərq hiss olunur.

- Artıq beş ilə yaxındır ki, Azərbaycanda çıxış edirsən. Bu müddət tamam olandan sonra dəvət gəlsə, millidə çıxış edə bilərsənmi?
- Azərbaycanda hamı mənimlə yaxşı rəftar edir. Mənim üçün Azərbaycanda yaşamaq çox xoşdur. Ancaq mənim üçün ilkin hədəf odur ki, daha çox məşq edim, əvvəlki formamı bərpa edim və bundan sonra oyunlarda özümü yaxşı göstərim. Əgər Azərbaycan millisindən təklif gəlsə, məmnun olaram. Nəyə görə Azərbaycan xalqını sevindirəcək oyun göstərməyim?

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/475783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR