Rəqiblərimizin oyununda böyükhesablı nəticə

Rəqiblərimizin oyununda böyükhesablı nəticə
09:47 5 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin V qrupunda ilk tura start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin çıxış etdiyi qrupun ikinci oyununda Litva ilə Bosniya və Herseqovina üz-üzə gəlib.

Yığmamızın Avstriyaya 1:4 hesabı ilə uduzduğu turun ikinci qarşılaşması da böyükhesablı nəticə ilə başa çatıb. Mini-turnirin meydan sahibi olan Litva balkanlılar qarşısında aciz qalıb - 0:3.
 
Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək II turda yığmamız Bosniya və Herseqovina, Litva isə Avstriya ilə görüşəcək.
 
19 yaşadək futbolçular arasında Avropa çempionatı
V qrup
I tur, 4 oktyabr

Avstriya - Azərbaycan - 4:1
Litva - Bosniya və Herseqovina - 0:3

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR