Şotland üsulu bildirçin yumurtası

Şotland üsulu bildirçin yumurtası
07:05 6 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az şotland üsulu bildirçin yumurtasının hazırlanma qaydasını təqdim edir

Ənənəvi olaraq şotland üsulu yumurtanı toyuq yumurtası, mal, donuz və qoyun qiyməsindən hazırlayırlar. Lakin ərzaqları dəyişib, məsələn, bildirçin yumurtası ilə toyuq əti götürdükdə heç də dadında geri qalmayan, üstəlik, daha az kalorili təam alınır. 

Şotland üsulu yumurtaları həm qəlyanaltı, həm də qarnirlə birlikdə əsas yemək kimi süfrəyə vermək olar. 

Tərkibi (4-6 pay):

12 bildirçin yumurtası

500 q toyuq qiyməsi

1 dəstə cəfəri

2 toyuq yumurtası

150 q narın suxarı

2 x.q. un

300-500 q bitki yağı

duz

istiot

xardal (sous qismində)

Bildirçin yumurtalarını qazana qoyub üzərinə su tökün, qaynara düşəndən sonra 3-4 dəqiqə bişirin. Qabıqlarını soyun. 

Cəfərini xırda doğrayın. Toyuq qiyməsinə duz-istiot vurun, cəfərini və 1 toyuq yumurtasını əlavə edib yaxşıca qarışdırın. 

Bir qaba 1 toyuq yumurtası qırın, ikinci qaba un, üçüncü qaba narın suxarı tökün. 

Qiymədən azca götürüb əlinizdə yastılayın. Ortasına bildirçin yumurtası qoyun. Qiymə ilə üzərini tam örtüb, kürə formasına salın. 

Əvvəl bu kürəni una, sonra çalınmış yumurtaya, sonda isə narın suxarıya batırın. 

Dərin tavada, yaxud qazançada bitki yağını qızdırın, kürələri içinə salıb hərtərəfli 7-8 dəqiqə ərzində qızardın. 

Süfrəyə kahı, xardal sousu və sevdiyiniz qarnirlə verə bilərsiniz. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR