"Luis Enrikeni "Real"dan "Barselona"ya keçməyə inandırdım"

"Luis Enrikeni "Real"dan "Barselona"ya keçməyə inandırdım"
14:22 6 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

2016-cı ilin martında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Yohan Kruyffun avtobioqrafik kitabı çapdan çıxıb. "14. Avtobioqrafiya" adlanan bu kitabda "Barselona"nın hazırki çalışdırıcısı Luis Enrike barədə məlumat da yer alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Kruyff 1996-cı ildə onun katalon klubuna transferinə şəxsən yardımçı olduğunu qeyd edib.

"Mən şəxsən Luis Enrikeni "Real"dan "Barselona"ya keçməyə inandırdım. Transferdə agent rolunu oynadım. Bu, həyatımda vacib dərslərdən biri idi. Zəhmət çəkdim, amma düzgün istiqamətə yox. Çünki pul olan yerə bütün acgözlər toplaşırlar. Bu barədə bütün dünya bilir. Amma mən hələ bilmirdim", - kitabda qeyd olunur.

"Sporting"in yetirməsi olan Luis Enrike 1991-96-cı illərdə "Real", 1996-2004-cü illərdə isə "Barselona"nın şərəfini qoruyub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR