"Bakı və Moskva terrorçuluğa qarşı gündəlik iş aparır"

"Bakı və Moskva terrorçuluğa qarşı gündəlik iş aparır"
17:37 6 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı və Moskva terrorçuluğa qarşı mübarizə sahəsində birgə səylərin koordinasiyası üzrə gündəlik iş aparır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri "RİA Novosti"yə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O bildirib ki, bu proses çox aktiv şəkildə gedir: "İki ölkənin daxili işlər nazirlikləri və xüsusi xidmət orqanları arasında çox yaxşı əməkdaşlıq mövcuddur. Bu yaxınlarda Bakıda MDB ölkələri xüsusi xidmət orqanları rəhbərlərinin iclası keçirilib. Yaxın Şərqdə və Avropada baş verən hadisələr, iqtisadi böhran ən mənfi və gözlənilməz nəticəni verə bilər.

Hər bir ölkə ayrılıqda terrorizmlə mübarizənin öhdəsindən gələ bilməz. Üstəlik, terror MDB sərhədinə yaxınlaşıb. Bu baxımdan qarşılıqlı əməkdaşlıq Azərbaycanla Rusiya və Azərbaycanla Qazaxıstan arasında mövcuddur".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR