ABŞ hərbi aviasiyası "Cəbhət Fəth əş-Şam"ın rəhbərlərindən birini məhv edib

ABŞ hərbi aviasiyası "Cəbhət Fəth əş-Şam"ın rəhbərlərindən birini məhv edib
04:32 7 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ-ın Hərbi Hava Qüvvələri və beynəlxalq antiterror koalisiyasının üzvləri "Cəbhət Fəth əş-Şam" (keçmiş Cəbhət ən-Nüsrə) terror qruplaşmasının rəhbərlərindən birini məhv edib.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.
"Biz Misir vətəndaşı, "Cəbhət Fəth əş-Şam"ın rəhbərlərindən biri Əbu əl-Fərəc əl Məsrinin ABŞ Hərbi Hava Qüvvələrinin aviasiya zərbələri nəticəsində zərərsizləşdirildiyini təsdiqləyə bilərik" – deyə o bildirib.
Kukun sözlərinə görə, terror qruplaşmasının rəhbərlərindən birinin məhvi "Cəbhət Fəth əş-Şam"a növbəti zərbələrdəndir.
Əl-Məsri "Əl Qaidə" terror təşkilatının Misirdəki rəhbərlərindən idi. O, daha sonralar Suriyaya gələrək, "Cəbhət Fəth əş-Şam"a dəstək vermək məqsədilə hərbi əməliyyatlara iştirak edib.
Terrorçu bundan sonra isə Əfqanıstanda döyüşüb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-herbcileri-cebhet-feth-es-sam-in-rehberlerinden-birini-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR